18 Yanvar 2021 16:41
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib.

Teleqraf.com xəbər verir ki, bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, E.Quliyev hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ötən gün infarkt keçirən rejissorun sözügedən xəstəxananın kordiloji şöbəsinə aparıldığı deyilib. Vəziyyəti qənaətbəxş olan kinorejissor insanları tanımaqda çətinlik çəkir.


Müəllif: Teleqraf.com