Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv koronavirus xəstələrinin sayı açıqlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
2020-ci ildə karantin rejimini pozamaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv koronavirus xəstəsi saxlanılıb.
Qeyd edilib ki, ictimai yerlərdə hərəkət edən aktiv COVID-19 xəstələri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 674 cinayət işi başlanılıb.
Həmin şəxslərdən 46 nəfər cinayət məsuliyyətə cəlb olunub, qalanları barəsində isə istintaq araşdırması aparılır.
Bundan başqa, yanvarın 20-də ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən ictimai yerlərdə 2 aktiv COVID-19 xəstəsi müəyyən müəyyən olunub saxlanılaraq evə qaytarılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.