“İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınmalıdır”.
Teleqraf.com-un məlumatına görə, bunu Nazirlər Kabinetinin bu gün keçirilən müşafirəsində Baş nazir Əli Əsədov bildirib.
Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub. Baş nazir deyib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetlərinə həm də aşağıdakılar daxil olmalıdır:
Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanmasına başlanılmalıdır:
- Nəzərdə tutulmuş beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcək və o cümlədən məşğulluq məsələlərinə də xidmət edəcək;
- İşğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir;
- Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır.