25 Yanvar 2021 21:13
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir”.

Teleqraf.com-un məlumatına görə, bunu Nazirlər Kabinetinin bu gün keçirilən müşafirəsində Baş nazir Əli Əsədov bildirib.

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Baş nazir deyib ki, Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır: “Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər