26 Yanvar 2021 15:59
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin regional idarələrində yeni kadr təyinatları olub.

Teleqraf.com xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Belə ki, əmrə əsasən, Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Digər əmrlə Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Daha bir əmrlə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Faiq Elman oğlu Xudanlıya həvalə edilib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Vasif Cənnətov son təyinatadək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

1986-cı il təvəllüdlü Elbəy Əli 2009-2021-ci illərdə Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1981-ci il təvəllüdlü Faiq Xudanlı isə 2011-2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən BDU-da pedaqoji fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər