Məktəblərdə qiymətləndirmənin formal aparılması təhsilin keyfiyyətini aşağı salmlayacaq. Bu və ya digər şagirdin göstəricisini qaldıracaq .
Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu tədrisin ənənəvi formasının bərpası haqqında danışarkən deyib.
Vəfa Yaqublu dərs cədvəlləri ilə bağlı məsələyə də aydınlıq gətirib: "Nazirliyin saytında qoyulmuş dərs cədvəlləri nümunə xarakterli idi. Bunu ona görə qoymuşuq ki, şagirdlər teledərslərə baxaraq, evdə qaldıqları günlərdə faydalansınlar.
Əgər məktəblər teledərslərin izlənilməsini nəzərdə saxlayacaqlarsa, yeni cədvəllər hazırlaya bilərlər".