27 Yanvar 2021 14:41
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təşkil edilmiş “Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarında iştirak ediblər.

Seminarda “Media əlaqələri və kommunikasiya strategiyaları”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması”, “Media gündəminin formalaşdırılması”, “Gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaşdırılması”, “Ənənəvi və sosial media ilə iş” mövzularında mühazirələr tədbir iştirakçılarına tədris edilmiş, bundan əlavə onları maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda iştirakçıların ADA Universitetinin tədris mərkəzinə turu təşkil edilib.

Sonda xatirə fotoşəkli çəkdirilib.


Müəllif: Hacı Zeynalov