23 Oktyabr 2014 23:43
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosial və hüquqi təhlil və proqnozlaşdırma” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Fəlsəfə və Hüquq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə,Fəlsəfə və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin təşkilatçılığı ilə keçirilən tədbiri institutun direktoru İlham Məmmədzadə açıb. O, hüquqi dövlətlə bağlı irəli sürülən ideyalardan danışıb, cəmiyyətdə hüquqi maariflənməyə, proqnozlaşdırma məsələsi ilə əlaqədar alimlərin qrup şəkilində metodoloji işlər aparmasına ehtiyac olduğunu söyləyib.

Qafqaz Universitetinin rektoru Əhməd Sanıç “Kadr hazırlığında Qafqaz Universitetinin təcrübəsi” adlı məruzəsində 1999-cu ildən bu günə qədər Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan söz açıb. Rektor vətəndaş cəmiyyətinin inkişafında təhsil faktorunun, hüquqi dövlət quruculuğunda savadlı kadrların rol oynadığını nəzərə çatdırıb.

“Hüquqi dövlət quruculuğunda sosial-təminat hüququ və Türkiyə nümunəsi” mövzusunda çıxış edən Melikşah Universitetinin Hüquq fakültəsinin dekanıMurad Şenin dövlətin əsasını təşkil edən ünsürlərdən, hüquqi dövlətin əsas prinsiplərindən danışıb. Qeyd edib ki, hüquqi dövlət insanların həyat şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllini təmin etməlidir.

Prezident Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri, hüquq elmləri doktoru, prof. Şahin Əliyev məruzəsində sahibkarlığın hüquqi tənzimlənməsinintəkmilləşdirilməsi ilə bağlı problemlərə toxunub.

“Ölüm cəzası və əxlaq” adlı məruzə ilə çıxış edən AR prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının sədriİlham Rəhimov son illər Azərbaycanda cinayətkarlıq hallarının artdığını bildirib. 1998-ci ildə ləğv olunan ölüm hökmünün yenidən tətbiqi və ya ömürlük həbs cəzasının saxlanılması haqqında müzakirələr aparıldığını da söyləyib.

Tədbirin davamında azərbaycanlı alim və hüquqşunaslarla yanaşı, türkiyəli tədqiqatçıların da məruzələri dinlənilib. Qeyd edək ki, oktyabrın 24-də yekunlaşacaq konfrans Qafqaz Universitetində davam etdiriləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər