28 Yanvar 2021 15:18
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində problemlər yaranması və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Nəcməddin Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.

Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.

Nəcməddin Sadıkov 1956-cı ildə anadan olub. 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında isə onun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər