“İrəli” İctimai Birliyi 2 fevral Gənclər gününə həsr olunmuş “Məndən Başlanır Vətən!” adlı onlayn tədbir həyata keçirəcək.
Teleqraf.com xəbər verir ki, tədbir müxtəlif sahələrdə ölkəni uğurla təmsil edən peşəkarlar və sosial aktiv gənclərlə birgə interaktiv formatda baş tutacaq.
Onlayn görüşün ilk hissəsində spikerlər vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyi və dövlət gənclər siyasətinin bu prosesdə rolu ilə bağlı düşüncələrini bölüşərək, “Hərbi vətənpərvərlikdə gənclərin rolu”, “Vətəndaş cəmiyyətində aktivlik”, “Təhsil və Karyera Planlaması”, İnformasiya müharibəsi” mövzularında xüsusi çıxışlar edərək, gəncləri maraqlandıran məsələlərə toxunacaqlar.
Tədbirin ikinci hissəsində Malik Bağırovun moderatorluğu ilə ölkəni yerli və beynəlxalq arenada müxtəlif sahələrdə uğurla təmsil etmiş gənclər Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması, fake news-la mübarizə, informasiya müharibəsi, habelə müxtəlif sahələrdə ölkənin uğurla təmsili haqqında müzakirələr aparacaqlar. Ölkə hüdudlarından kənarda yaşayan gənclərimiz isə təhsil və karyera quruculuğu, xaricdə təmsilçilik mövzularında öz təcrübələrini iştirakçılarla bölüşəcəklər.
Qeyd edək ki, “İrəli” İB bundan əvvəl də davamlı olaraq 2 fevral gənclər gününə həsr olunmuş tədbir və yürüşlər həyata keçirib.
Tədbirdə iştirak etmək üçün müraciət formu: https://bit.ly/3oupp42
Son qeydiyyat tarixi: 31.01.2021 18:00