30 Yanvar 2021 16:27
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tez-tez verilən suallardan biri də ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlıdır".

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

"Tez-tez yazırlar ki, xahiş edirik ali təhsil müəssisələrində əyani təhsilə keçin. Vurğulamaq istəyirəm ki, bu, istək məsələsi deyil, daha çox mümkünlük məsələsidir. Bu, şəxsi istəyə bağlı məsələ deyil. Biz daha çox pandemiyanın dinamikasını izləyirik və ilkin mümkün vəziyyətdə çalışırıq ki, dərsləri bərpa edək. Yoluxma dinamikasından asılı olaraq biz çalışacağıq ki, qısa zaman ərzində fevralın 15-nə qədər məktəblərdə ənənəvi təhsilə qismən də olsa qayıdaq".

Onun sözlərinə görə, bir qisim valideynlər var ki, bu cür açılışın əleyhinədir:

“Əsasən, düşünürük və görürük ki, valideynlər məktəblərin açılmasına daha çox müsbət reaksiya verirlər. Təbii ki, dərslərdə şagirdin əyani iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir”.

"Ümid edirəm ki, növbəti həftələrdə 5-9-cu siniflərin məktəbə qayıtması baş verəcək. Bununla bağlı Operativ Qərargahla birgə müzakirələrimiz olacaq və qərar veriləcək. Bağçaların da fevralın 15-dək açılacağına ümid edirik", - deyə nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər