Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərargahın brifinqində deyib.
Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır: "Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub