“Bakı və Abşeronda sürüşmə əsasən Zığ və Əhmədli massivi, Qaraçuxur, Günəşli, Masazır və Badamdar zonalarında tez-tez müşahidə edilir”.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, insan faktoru və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikası süni şəkildə artır: “İlk növbədə, böyük su itkilərinin, yamacların istismarı zamanı kəskin kəsilmələrin qarşısının alınması və yüklənmələrin maksimal dərəcədə azaldılmasına ehtiyac var”.