Sumqayıt şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Polis polkovniki Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinə rəis təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.