3 Fevral 2021 11:33
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a bildirib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:

"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər