4 Fevral 2021 09:53
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

Masallı rayonunun polis rəisi Habil Əmiraslanov Tovuz rayon polis şöbəsinə, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev isə Masallı rayon polis şöbəsinə rəis təyin edilib.

Nazirin daha bir əmrinə əsasən, polis mayoru Tural Şahbəndiyev Abşeron rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.


Müəllif: Hacı Zeynalov