Xidmətlər zərfinə kompüter tomoqrafiya xidməti və digər prosedur müayinələri də daxildir.
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib:
"Hansı xidmətlər ki, İTS agentliyinin tabeçiliyinə əlavə edilməsi mümkündür, onlar tabeçiliyimizdə olan tibb müəssisələrində həyata keçiriləcək. Hansı xidmətlər ki, mümkün deyil, digər tibb müəssisələrində həyata keçiriləcək. Diqqətinizə çatdırım ki, kompüter tomoqrafiya insan sağlamlığı üçün zərərli olan müayindədir. Bu səbəblə həmin müayinə həkim təyinatı ilə həyata keçiriləcək".
Vüqar Qurbanov qeyd edib ki, xidmətlər zərfinə daxil olan heç bir xidmət üçün vətəndaş ödəniş etməyəcək: "Bunun üçün sadəcə vətəndaş sığorta ödənişini etməlidir"