Görkəmli azərbaycanlı alim, qeyri-səlis məntiq termininin müəllifi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin həmmüəlliflərindən biri olan Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası hazırlanıb.
"Azərmarka" MMC-dən Teleqraf.com-a bildirilib ki, marka fevral ayının sonunda dövriyyəyə buraxılacaq.
Qeyd edək ki, Lütfəli Rəhim oğlu Ələsgərzadə (Lütfi Zadə) 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub, 2017-ci il sentyabrın 6-da ABŞ-da (Kaliforniya, Berkli şəhəri) dünyasını dəyişib.