24 Oktyabr 2014 20:33
3 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə Qazax rayonunda səfərdə olan jurnalistlər Çaylı kənd 2 nömrəli orta məktəbinə də baş çəkiblər. Sərhəddən 7 km aralıda yerləşən məktəb mütəmadi olaraq Ermənisatan ordusu tərəfindən atəşə tutulur.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, məktəbin direktoru Abbas Carçıyev ötən tədris ilində burada 532 şagirdin təhsil aldığını bildirib: “Məktəbimizdə 97 nəfər müəllim çalışır. Ötən il məktəbi 54 nəfər bitirib ki, onlardan 18-i universitetlərə qəbul olub. 2013-2014 tədris ilində isə məktəbdə 527 şagird təhsil alıb. Bu il məktəbi bitirən 49 nəfərdən 17-i ali məktəblərə daxil olub”.

Direktor məktəbin 29 məzununun şəhid olduğunu qeyd edib. Direktor onu da qeyd etdi ki, ali məktəbə sənəd verənlərin 53 faizi hərbi akademiyaya qəbul olub.

Bu məktəbi bitirmiş 80 yaşlı Vəliyev Şəmistan bildirdi ki, müharibə olarsa, döyüşə getməyə hazırıq.
Mətbuat nümayəndələri daha sonra hərbi dərsdə olublar.

İlhamə


Müəllif: