Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun iki əməkdaşı işdən çıxarılıb, daha iki əməkdaşının isə vəzifəsi dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva vəzifəsindən azad edilib. İnstitutun Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova isə vəzifəsindən azad edilərək qurumun elmi katibi təyin olunub. Təhsil şöbəsinin müdiri vəzifəsinə institutun əməkdaşı Bahar Qasımlı təyinat alıb.
Eyni zamanda institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Hələlik qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.
Qeyd edək ki, ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və onun yerinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb.