6 Fevral 2021 11:19
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Əttarı yeni vəzifəyə təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Qərara əsasən, Aygün Əttar Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin olunub.

Qeyd edək ki, Aygün Əttar 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri gətirilib. O, bundan başqa Hərbi Tarix Komissiyasının, Avstriya-Türkiyə Elm Ofisi və Dünya Türkləri Konqresinin üzvüdür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər