6 Fevral 2021 14:23
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanan “CoronaVac” adlı koronavirus peyvəndinin geniş istifadə təsdiqi aldığı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sinovac” şirkəti məlumat yayıb.

Açıqlamada koronavirusa qarşı hazırlanmış peyvəndin Çində rəsmi olaraq təsdiq edildiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və bir çox ölkə sözügedən şirkətdən koronavirus peyvəndləri alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər