6 Fevral 2021 14:13
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin telekanal rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "Haqqın.az" saytına danışıb.

Sevil Əliyeva qeyd edib ki, son zamanlar "Space" TV-nin fəaliyyəti onu da narahat edib. Onun sözlərinə görə, Vaqif Mustafayev kanalı özü tərk etməyib, vəzifəsindən azad edilib:

"Həqiqət budur ki, "Space"in fəaliyyəti, verdiyi məzmun son vaxtlar ciddi narahatlığa səbəb olub. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm. Ancaq etiraf etməliyəm ki, medianın səhifələrində bəzən çıxan çoxsaylı şikayətlər, sərt tənqidlər tamamilə haqlıdır.

Son illər kanalın və verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Qeyri-peşəkarlıq və keyfiyyətsizlikdən qəzəblənən izləyicilərin fikirlərini tamamilə bölüşürəm".

Sevil Əliyeva bildirib ki, kanalı quran zaman belə olacağını gözləməyib: "Bütün bunlar Vaqif Mustafayevin "Space"in rəhbəri vəzifəsindən istefaya göndərilməsinə səbəb oldu. Digər tərəfdən, televiziya kanallarının rəhbərlərinin özlərini prezident adlandırması məni bir qədər narahat edir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. "Prezident" sözünü dəyərdən sala bilməzsiniz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər