9 Fevral 2021 16:03
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də Avropa Komissiyası tərəfindən TAIEX texniki yardım aləti çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında “COVİD-19 pandemiyası dövründə qarşılıqlı hüquqi yardımın göstərilməsi və istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsi” movzusunda videkonfrans formatında ekspert missiyası təşkil edilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan bildirilib.

Təlimdə Baş Prokurorluğun əməkdaşları iştirak etmişlər, həmçinin Xorvatiya Respublikası Ədliyyə və İdarəetmə Nazirliyinin Antikorrupsiya Sektorunun müdiri Tamara Miserda və İtaliya Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İnspektoru Maurisio Varaneze ekspert qismində çıxış ediblər.

Qeyd olunmalıdır ki, TAİEX Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi mexanizmidir. Seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə TAİEX Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, tətbiqi və həyata keçirilməsində Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq imkanını yaradır. Sözügedən tədbirin əsas məqsədi də Baş Prokurorluğun struktur qurumlarının əməkdaşlarının pandemiya dövründə qarşılıqlı hüquqi yardım və istintaq hərəkətlərinin keçirilməsi sahələrindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi olub.

Ekspertlər Tamara Miserda və Maurisio Varaneze təlimin mövzusu ətrafında çıxış edərək pandemiya dövründə qarşılıqlı hüquqi yardım və istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsi sahəsində həmin ölkələrin təcrübəsi və bu sahədə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, şəxslərin videokonfrans formatında dindirilməsinin hüquqi və praktiki tərəfləri barədə ətraflı məlumat verilməklə təqdimatlar etmiş, istintaq edilmiş cinayət işlərindən nümunələr göstəriblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar eskpertlər tərəfindən ətraflı cavablandırılıb.


Müəllif: Hacı

Oxşar xəbərlər