24 Oktyabr 2014 18:34
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, həmin reklamlarda “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Polo Sedan - gündəlik ehtiyaclarınızın ən ideal həlli” və “Tiguan - yolda və yolsuzluqda ən etibarlı dostunuz” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən “Euro Style LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər