2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub.
Teleqraf.com xəbər verir ki, xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Həmçinin bildirilib ki, qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Hesabat dövründə Azərbaycanda 1587 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu, 2019-cu illə müqayisədə 15,1 faiz azdır.
Hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da 16,5 faiz azalaraq 2 106 nəfər olub.
Ötən il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinində 696 nəfər həlak olub, 1410 nəfər yaralanıb. Hadisələrin 42,6 faizi gündüz, 35,0 faizi gecə, 22,4 faizi isə toran vaxtı baş verib.
Bu hadisələrin 28,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Bundan başqa, ötən il baş verən yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı 2019-cu illə müqayisədə 6,7 faiz azalaraq 526 nəfər olub. Yaralananların sayı 19,4 faiz azalaraq 1 315 nəfər olub.
Ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 21 hadisə baş verib.
Nəticədə 14 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Hadisələrin 76,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Ötən il qeydə alınan bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 35,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,2 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil edib.
2020-ci ildə Azərbaycanda 1 587 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol-nəqliyyat hadisələrində 696 nəfər həlak olub, 1 410 nəfər yaralanıb.