11 Fevral 2021 16:40
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib. Hazırda 2 360 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, bu günə qədər isə ümumilikdə 2 478 223 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər