12 Fevral 2021 01:36
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetindən Teleqraf.com-a verilən məlumata görə, o, 85 yaşında vəfat edib.

Professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.

Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər