14 Fevral 2021 00:44
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin beynəlxalq e-ticarət platforması olan “WORLDEF” şirkəti tərəfindən Azərbaycan-Türkiyə qardaşlığının dəstəklənməsi və iki ölkə mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətlərinə görə “Mədəniyyət elçisi” adına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “WORLDEF” tərəfindən T.Manafzadəyə ünvanlanan təbrikdə musiqiçinin karyerası və həyat tərzinin cəmiyyət üçün nümunə olduğu, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında körpü rolu oynadığı qeyd edilir. Həmçinin Turan Manafzadənin istedadı və səyləri ilə həm Azərbaycan, həm də Türkiyə mədəniyyətinin dünyada tanıdılmasında vacib bir vəzifəni icra etdiyi vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər