Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Ramella Allahverdiyeva yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar Ramella Allahverdiyevanın icraatına yeni cinayət işi verilmir.
Ramella Allahverdieyavnın icraatında hazırda köhnədən qalan iki cinayət işi var. O, həmin iki cinayət işinin yekunlaşdırdıqdan sonra təqaüdə çıxacaq.
Qeyd edək ki, Ramella Allahverdiyeva 1950-ci ildə (70 yaş) Xamkəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1979-1982-ci illərdə Azərbaycan Respublikası ləğv olunmuş Dağlıq Qarabağ Muxtar Vilayəti Məhkəməsinin hakimi, 1982-1990-cı illərdə Şuşa şəhər məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-2011-ci Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.
2111-ci ildən bu günə kimi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyib.
Xatırladaq ki, Ramella Allahverdiyeva bir çox səs-küylü cinayət işlərinə baxıb.