16 Fevral 2021 17:10
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz balıq ovu ilə mübarizə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərində deyil. Bu sahəyə açıq su hövzələrində Su Nəqliyyatında Baş Polis İdarəsi, dənizdə qismən Dövlət Sərhəd Xidməti nəzarət edir.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, ötən il ərzində 120 min manat cərimə və ziyanla bağlı iddia qaldırılıb:
"Su hövzələrindən 65 min metr sintetik tor yığılıb. Bu, son illərin rekord göstəricidir. 2 minə yaxın müxtəlif növ tor alətləri toplanılıb. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə tədbirləri davam etməlidir ki, balıqçılar qoyulan tələbləri bilsin".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər