17 Fevral 2021 18:00
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişafın həyata keçirilməsinə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 2 milyon manat məbləğində vəsait köçürüb.

Bu barədə Teleqraf.com-a Tabaterra QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, işğaldan azad edilmiş ərazilərimizin sürətli şəkildə bərpasına və həmin ərazilərin qısa zamanda ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcəyinə əminliyimizi ifadə edir və dövlətimizin bu istiqamətdə apardığı işlərə öz töhfəmizi verə bildiyimizə görə qürur duyuruq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər