25 Oktyabr 2014 12:48
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC “Tələt” şirkəti ilə müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, müqavilə Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması və müvafiq mal-materialların satın alınmasını nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 46016,91 manatdır.

Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.

Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsinə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, neft və qaz sənayesi tullantılarının monitorinqi, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər