ABŞ alimləri COVID-19 virusunun müalicəsində Molnupiravir adlı dərmanın effekt verdiyini aşkarlayıblar.
Teleqraf.com xəbər verir ki, tədqiqatlar insan ağciyəri köçürülmüş siçanlar üzərində aparılıb.
Siçanlar koronavirusa yoluxdurulduqdan 24 və ya 48 saat sonra onlara hər 12 saatdan bir EIDD-2801 tətbiq edilib. Nəticədə ağciyərdəki yoluxdurucu hüceyrələrin sayı azalmağa başlayıb.
Tədqiqatlar nəticəsində dərmanın həm də virusa qarşı immunitet yaratdığı məlum olub. Araşdırma zamanı Molnupiravir dərmanının Remdesivir və infuziya yolu ilə tətbiq olunan antiviral bioloji dərmanlarla müqayisədə klinik tətbiq edilməsinin daha asan olduğu aşkarlanıb.
Radioloq Güner Sönmez dərman haqqında danışarkən bildirib ki, dərman müalicə etməklə ynaşı, həm də virusdan qoruyur: “Nəhayət, pandemiyanın sonuna yaxınlaşırıq. Bu dərman Sars Cov-2-nin yayılmasının qarşısını alır. Daha əvvəl qripin müalicəsində istifadə olunub. Hesab edirəm ki, 1-2 ay ərzində istifadə edəcəyimiz effektli dərmanımız olacaq”.
Qeyd edək ki, dərmanın insanlar üzərində sınaqların 2-3-cü mərhələsindədir. Nəticələr mart ayının sonuna məlum olacaq.