Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova işdən ayrılıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb:
“Dəyərli dostlar, 2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yollarımız ayrılır.
Hər birinizə dost münasibətiniz, sıx əməkdaşlığınız üçün çox təşəkkür edirəm. Ümid edirəm aramızda anlaşılmazlıq olmayıb. Ünvanladığınız sorğulara, müraciətlərə əlimdən gəldiyi qədər tez münasibət bildirməyə çalışmışam. Buna ən böyük səbəb isə mediaya dost, bütün məsələlərə diqqətlə yanaşan və müsbət həllinə çalışan rəhbərlə çalışmağım olub. Əməyinə dəyər verilməsi möhtəşəm hissdir. Bütün rəhbərlərimə təşəkkür etmək istəyirəm. Çünki mən bu sahədə böyüdüm, çox şey öyrəndim”.
O qeyd edib ki, bundan sonra fəaliyyətini Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olaraq davam edəcək: “Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa nə gözəl. Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam”.