Rusiyada hazırlanan yeni COVID-19 vaksini olan Kovivakın şənbə günü istifadə üçün təsdiqlənəcəyi elan olunub.
Teleqraf.com xəbər verir ki, peyvənd gələn aydan tətbiq olunmağa başlanacaq.
Kovivak vaksini Sputnik-V və Epivakkoronadan sonra Rusiyada istehsal olunan üçüncü peyvənddir.
Qeyd edək ki, 18 yanvardan etibarən Rusiyada peyvəndləmə başlanıb. Sputnik-V peyvəndinin birinci dozası 2,2 milyon nəfərə, ikinci dozası 1,7 milyon nəfərə dozası vurulub.
Mart ayından etibarən isə Sputnik-V ve Epivakkorona peyvəndlərinin tətbiqinə başlanılacaq.