19 Fevral 2021 17:26
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan tarixçi alim Dilavər Əzimlinin xanımı onun səhhətindəki son durum haqqında məlumat verib.

Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva Teleqraf.com-a açıqlamasında alimin səhhətində irəliləyiş olmadığını bildirib:

“Həkimlər dedi ki, hələ irəliləyiş yoxdur. Müalicə davam edir, amma həkimlər istənilən nəticəni ala bilmirlər. Səhhəti ağır-stabildir. Uzun müddətli EKMO aparatına qoşulub. Həkimlər onun reanimasayadan nə zaman çıxacağı, EKMO aparatından nə vaxt ayrılacağı haqqında dəqiq söz demirlər. Ciyərlərin bərpası vaxt aparan məsələdir”.

Qeyd edək ki, Dilavər Əzimli FHN-nin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər