Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən gizirinin şəhid olduğu məlum olub.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 1994-cü il təvəllüdlü Namazov Babək Səhman oğlu şəhidlik zirvəsinə yüksəlib.
O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.
B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşmüşdü. Həmin vaxtdan ondan heç bir xəbər almaq mümkün olmayıb.
Allah rəhmət eləsin!