20 Fevral 2021 13:52
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal Rayon Məhkəməsi “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valteri inzibati qaydada cərimələyib.

O, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Bu əmələ görə vəzifəli şəxslər 500 manatdan 2000 manatadək cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə razılaşmayan Q.Valter apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 5 ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər