21 Fevral 2021 09:33
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Temperatur artdıqca COVID-19 aktivliyini azaldır.

Teleqraf.com xəbər verir ki, amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb.

Tədqiqatlar nəticəsində istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.

SARS-CoV-2 adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə tamamilə uyğun gəlir. Alimlərin proqnozlarına görə, yazda koronavirusun aktivliyi azalacaq, hətta, ola bilsin ki, tamamilə yox olsun.

Tədqiqatçılar Şimal yarımkürənin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər.

Gəlinən nəticəyə görə, ətrafdakı temperaturun 1 dərəcə artdığı təqdirdə virusun aktivliyi eyni dərəcədə azalır. Amma temperaturun bir dərəcə aşağı düşməsi isə, yoluxma sürətini təxminən 4 faiz artırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər