21 Fevral 2021 13:59
3 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Yolların buz bağlayacağı ehtimal olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər