5 May 2014 12:21
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) “Riyazi analiz” kafedrasının sabiq müdiri və professoru Sadiq Abdullayev çalışdığı təhsil müəssisəsini məhkəməyə verib. Buna səbəb onun “Riyazi analiz” kafedrasının müdiri vəzifəsindən azad edilməsidir.

Teleqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, iddiaya Yasamal rayon Məhkəməsində baxılıb və sabiq müdirin iddiası təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb.

BDU-nu məhkəməyə verən Sadiq Abdullayev 1967-ci ildən bu universitetdə çalışır. 1960-1965-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. "Əməkdar müəllim" fəxri adını daşıyır.

Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova Teleqraf.com-a bildirib ki, məsələ araşdırılır, gün ərzində bu barədə mətbuata məlumat veriləcək.

NİGAR


Müəllif: