22 Fevral 2021 16:31
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsi Myanma dövlət televiziyasının rəsmi hesabına girişi bloklayıb.

Teleqraf.com xəbər verir ki, "MRTV” və “MRTV Live” dövlət televiziyasının hesabları şikayətlərdən sonra bağlanıb.

Məlumata görə, televiziyanın hesabları çevriliş əleyhinə nümayişçilərə qarşı xəbərdarlıq edən və hərəkətə çağıran şikayətlərə görə silinib.

Feysbukun İctimai Siyasətlər üzrə direktoru Rafael Frankel icma standartlarına qarşı təkrarlanan pozuntulara görə hər iki səhifənin Feysbukdan çıxarıldığını təsdiqləyib.

Qeyd edək ki, fevralın 1-də Myanma ordusu dövlət çevrilişi edərək ölkənin de-fakto lideri Aunq San Suu Kyi və hakim partiyadan digər aparıcı məmurları saxlayıb.

Orduya məxsus televiziya fevralın 1-də ölkədə “sabitliy”in qorunmasından ötrü bir aylıq fövqəladə vəziyyət elan edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər