22 Fevral 2021 21:39
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam etməkdədir.

Təhsil Nazirliyindən Teleqraf.com-a bildirilib ki, səfər çərçivəsində fevralın 22-də təhsil naziri Ankara şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub.

Günün ikinci yarısında təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk arasında görüş keçirilib. Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyəti xüsusi şəkildə vurğulanıb.

Görüşün sonunda hər iki nazir mətbuat üçün açıqlamalar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər