23 Fevral 2021 11:18
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 111 yaşlı Maria Aulenbaker COVID-19 virusuna qarşı peyvənd olunub.

Teleqraf.com xəbər verir ki, o, dünyanın ən yaşlı peyvənd olunan adamıdır.

ABŞ-ın Cənubi Karolina əyalətində yaşayan xanım 1918-ci ildə ispan qripi adlanan pandemiyaya qalib gəlib. Artıq vaksinin ikinci dozası vurulan Maria Aulenbaker özünü yaxşı hiss etdiyini deyir:

“Hər şey yaxşıdır. Şərab və pivə içirəm. Sevdiyim hər şeyi yeyirəm”.

Almaniyada yaşayan qadın 100 yaşında ABŞ-a köçüb.


Müəllif: Aysel Azad