Siyasi partiya nümayəndələrinin vaksinasiyası aparılır.
Teleqraf.com xəbər verir ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında siyasi partiyaların nümayəndələrinin vaksinasiyası həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Bu günə qədər 200 mindən artıq vətəndaş peyvənd vurdurub.