24 Fevral 2021 11:15
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarlı hava şəraiti məktəblərdə şagirdlərin davamiyyətinə təsir edib. Belə ki, məktəblərdə davamiyyət çox aşağı düşüb.

Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, ümumi nəticələrlə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, paytaxtda yerləşən bir çox məktəblərdə tədris təxirə salınıb. Əlverişsiz hava şəraiti sabaha qədər davam edəcək.


Müəllif: Teleqraf.com