5 May 2014 12:36
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü il mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, imtahan eyni vaxtda - saat 13:00-da başlanıb və 45 dəqiqə ərzində aparılıb.

İmtahan bütün mərkəzlərdə təlimata uyğun şəkildə keçirilib, abituriyentlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb: “Hazırda Komissiya tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir. Proses yekunlaşdıqdan sonra nəticələr elan olunacaq.
Nəticələrin elan olunması ilə bağlı ilk məlumat facebook səhifəmiz vasitəsilə veriləcək”.

NİGAR


Müəllif: