Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə çağırış edib.
FHN-dən Teleqraf.com-a verilən məlumatda deyilir:
"Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Əlverişsiz hava şəraiti səbəbindən köməksiz vəziyyətdə qalma, o cümlədən yolların buz bağlaması ilə əlaqədar baş verən avtonəqliyyat hadisələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilir.
Bir daha vətəndaşlara müraciət edərək piyada hərəkət edərkən və ya sükan arxasında ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq".