26 Oktyabr 2014 12:21
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan telekanallarında sosial çarxların yayımını təmin etmək üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Televiziya və Radioa Şurasının sədri Nuşirəvan Məhərrəmli müvafiq açıqlamasında bildirib ki, sosial çarxlar reklam vaxtına aid edilməməlidir. Ona görə də bu məsələ qanunvericilik formasında öz həllini tapmalıdır. Belə olan halda istənilən televiziya kanalı sosial çarxları sərbəst verə biləcəklər.

N.Məhərrəmli hesab edir ki, bu gün Azərbaycanda sosial çarxlara ehtiyac var, bu ciddi məsələdir: “Bəzən bizim nazirliklərimiz, komitələrimiz vəsait ödəyib, sosial çarx hazırlayırlar, amma onun efirdə yayımlanmasına vəsait ödəmək istəmirlər. Özəl televiziya kanalları isə öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurur və ona bir saatda 12 dəqiqə reklam vaxtı verilir.

Həmin sosial çarxı 12 dəqiqəlik reklamın içərisində verirsə, təbii ki, o öz fəaliyyətini qurmaq üçün maddi vəsaitdən məhrum olur. Ona görə də bu məsələni qanunvericilik formasında həll etmək lazımdır. Ya qanunvericilikdə televiziya kanallarının üzərinə müəyyən bir öhdəlik qoyulmalıdır, ya da ki, qanunvericilikdə dövlət büdcəsindən maliyyələşən televiziya kanalları ilə bağlı ayrıca bənd olmalıdır”.


Müəllif:

Oxşar xəbərlər